HADİSƏ

Deputatlar canlı efirdə əlbəyaxa oldular - VİDEO

Deputatlar arasında dava studiyadan çıxdıqdan sonra liftdə davam edib
Sputnik

BAKI, 17 avqust — Sputnik. Ukrayna Ali Radasının deputatları Sergey Şaxov və İqor Mosiyçuk "Pryamoy" telekanalının efirində dava ediblər.

“Report” xəbər verir ki, əvvəlcə Şaxov həmkarının gey-paradda iştirak etdiyini bildirib.

Əvəzində Mosiyçuk ondan üzr istəməsini tələb edib. Qarşılıqlı təhqirlərdən sonra deputatlar telekanalın studiyasında bir-birinə yumruq atmağa başlayıblar.

Bununla belə telekanal öz "Facebook" səhifəsində məlumat yayıb ki, deputatlar arasında dava studiyadan çıxdıqdan sonra liftdə davam edib.