ABŞ-Türkiyə mübahisəsinin əsl qalibi bilindi

Hesab dövrü ərzində rəsmi Ankaranın ABŞ dövlət borcuna yatırımları 28,8 milyard dollara qədər aşağı düşüb
Sputnik

BAKI, 17 avqust — Sputnik. İyun ayında Türkiyə ABŞ-ın dövlət borcuna yatırımları azaldıb və ABŞ Xəzinə sənədlərini malik böyük ölkələr siyahısından çıxıb. Sputnik AzərbaycanRusiya mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumat göstərir. 

Hesab dövrü ərzində rəsmi Ankaranın ABŞ dövlət borcuna yatırımları 28,8 milyard dollara qədər aşağı düşüb. Bu ilin mayında isə bu göstərici 32,6 milyard dollar olub. Ümumilikdə isə Türkiyə ötən ilin noyabrından ABŞ dövlət borclarına yatırımları müntəzəm qaydada azaldıb. Həmin vaxt bu rəqəm 61,2 milyard dollar təşkil edib. 

Rusiya isə bu siyahını hələ may ayında bu siyahını tərk edib. Belə ki, bu ölkə ABŞ maliyyə kağızlarına yatırımları 48,7 milyard dollardan 14,9 milyard dollara qədər azaldıb. 

Türk nazirdən ABŞ-ın yeni sanksiya siqnalı verməsinə sərt reaksiya

İyun ayının yekunlarına əsasən siyahıda lider Çin olaraq qalıb: Onun yatırımları 1,179 trilyon dollar təşkil edib ki, bu da ötən ilin may ayı ilə müqayisədə 0,4 faizdir. İkinci pillədə isə Yaponiya qərarlaşıb. Onun yatırımları isə 1,75% azalıb və 1,03 trilyon təşkil edib. Üçüncü pillədə isə may ayına nisbətdə yatırımları 0,3% artıran Braziliya gəlir. Hazırda onun yatırımlarının həcmi 300,1 milyard dollardır. 

Son zamanlar yeni gömrük rüsumlarının tətbiqi və 2016-ci ildə Türkiyə rəhbərliyi tərəfindən saxlanılan Endryu Bransonun işi ilə bağlı Vaşinqton və Ankara arasında münasibətlər kəskin şəkildə pisləşib. 

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Türkiyədə ev dustaqlığında olan ABŞ vətəndaşı rahib Endryu Bransonla bağlı Türkiyə daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdülhamit Gülə qarşı sanksiya tətbiq etməyə qərar verib. Sanksiyalarla sözügedən nazirlərin ABŞ-a girişi qadağan ediləcək.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bu məsələ ilə bağlı bəyanat verərək rahib Bransonun Türkiyədə istintaqa cəlb edilməsinin yolverilməz olduğunu bildirib. Türkiyə tərəfinin bu bəyanatlara cavabı özünü çox gözlətməyib. Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın sanksiyalar barədə aqressiv bəyanatlarına qarşı hər cür tədbirləri görməyə hazır olduqlarını bildirib. 

Təzyiqlər əks nəticə verdi: İndi ABŞ özünü qorumalı olacaq

"Şübhəsiz ki, bu qərar hüquq və ədalət prinsiplərinə, ABŞ-Türkiyə münasibətlərinə ziddir" — deyə Türkiyə tərəfi bəyan edib.

Öz növbəsində prezident Ərdoğan ABŞ-ın daxili işlər və ədliyyə nazirlərinə qarşı analoji addım atılacağını vurğulayıb.

Onu da bildirək ki, ABŞ Senatında "F-35" beşinci nəsil qırıcı təyyarələrin Türkiyəyə tədarükünün qadağan edilməsi təsdiq olunub. Bu qərar ABŞ Senatının Baş Assambleyasında təsdiqlənib. Bundan sonra sənəd təsdiqlənməsi üçün ABŞ prezidenti Donald Trampa göndəriləcək. Prezident sənədi imzalayarsa, Türkiyəyə qarşı "F-35" sanksiyası da qüvvəyə minəcək. Məlumata görə, Trampın "F-35" məsələsində Türkiyəyə güzəştə gedəcəyi ehtimalı çox azdır.