HADİSƏ

Şanxayı fırtına vurdu, 53 min insan...

Məlumata görə, 53 min nəfər təxliyə edilib, 2500 gəmi limanlara sığınıb
Sputnik

BAKI, 17 avqust — Sputnik. "Rumbiya" tropik fırtınası Şanxayı vurdu. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu yay mövsümündə şəhərə hücum edən sayca 18-ci fırtınadır. Fırtına hava və dəmiryollarını sıradan çıxarıb.

Məlumata görə, 53 min nəfər təxliyə edilib, 2500 gəmi limanlara sığınıb.

Leysan yağışlarının ayın 18-nə kimi davam edəcəyi gözlənilir. Şəhərdə güclü külək müşahidə edilir.

Hakimiyyət daşqın ehtimalı səbəbindən təhlükə səviyyəsinin artdığını elan edib.

Xatırladaq ki, avqustun əvvəlində "Condari" tropik fırtınası Şanxayı vurmuşdu. Bu zaman 130 mindən çox insan sığınacaqlara evakuasiya edilmişdi.