SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Köçəryan Paşinyanı devirmək üçün istifadə edəcəyi strukturun adını çəkdi

Köçəryan siyasətə qayıdır: "Paşinyan Azərbaycandan maliyyələşə bilər"
Sputnik

BAKI, 17 avqust — Sputnik. "Ermənistanın ikinci prezidenti Robert Köçəryan siyasətə geri qayıtmaq niyyətindədir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Köçəryan "Erkir Media"ya müsahibəsində bildirib.

"Mən niyə siyasətə geri dönməliyəm? Bunun iki səbəbi var. Onlardan birincisi geosiyasi vəziyyətdən irəli gələn risklərdir. Sadəcə xəritəyə baxın, xəritədə Ermənistanın harada olduğunu və hansı ölkələrlə əhatə oldunduğunu, onun bu ölkələrlə necə münasibətdə olmasına baxın", — deyə Köçəryan qeyd edib. 

Paşinyandan Putinə kritik zəng

Ermənistanın eks-prezidenti Rusiya və ABŞ, ABŞ və İran münasibətləri, Türkiyənin özünü aparması, həmçinin Gürcüstanın NATO üzvü olmaq istəyinə dair fikirlərini də bölüşüb: "Gəlin bütün bunlara kompleks şəkildə baxaq. Bu gün Ermənistanda nə var? Bütün bunları anlamayan hökumət var. Bu hökumətin təcrübəsi yoxdur. Bu hökumət ordudan çox uzaqdır və anlamır ki, yalnız güclü ordu bizim dövlətçiliyimizin qarantıdır. Bu hökumətin addımları Ermənistanın mövcud vəziyyətdə çətinliklə əldə etdiyi balansı pozur".

Onun fikrincə, yeni hökumət Ermənistandan kənarda baş verənləri qeyri-adekvat şəkildə qiymətləndirir və bunu təcrübənin olmaması ilə əlaqələndirmək olar: "Onların təcrübəsi yoxdur. Mən onları bu məsələdə günahlandırmıram. Axı Sorosun qrantları hesabına QHT-lərdə tamam başqa işlərlə məşğul olan bir adamda hansı təcrübə olacaq? Düşünürəm ki, maliyyə mənbəyinin kimliyi artıq bu barədə hər şeyi deyir. Bəlkə həmin mənbə Azərbaycandan, bəlkə də müxtəlif fondlar vasitəsilə Türkiyədəndir. Məqsədyönlü şəkildə ordunu dağıtmaq və hərbçiləri konstitusiya quruluşunun devrilməsində ittiham etmək Ermənistanın müdafiəsi məsələsinə ciddi xələl gətirib. Ola bilsin ki, onlar bunu anlamırlar, amma mən çox yaxşı anlayıram. Çünki mən bundan keçmişəm".