Əcnəbilərə depozitlə vətəndaşlıq veriləcək

Depozit hesab açaraq, müəyyən məbləğdə pul qoyan əcnəbilərin vətəndaşlıq alması haqqında qanun Misir prezidenti tərəfindən qəbul edilib
Sputnik

BAKI, 17 iyul — Sputnik. Misirdə əcnəbilərə pul qarşılığında vətəndaşlıq verilməsi barədə qanun qəbul edilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, əcnəbilərə depozit qarşılığında vətəndaşlıq verilməsi son zamanlar Misirdə müzakirə mövzusuna çevrilib.

Qeyd olunur ki, depozit hesab açaraq, müəyyən məbləğdə pul qoyan əcnəbilərin vətəndaşlıq alması haqqında qanun Misir prezidenti Əbdülfəttah Sisi tərəfindən qəbul edilib. 

Sözügedən qanunun investitisiyaları dəstəkləmək məqsədilə qəbul edildiyi bildirilir. 

Xatırladaq ki, Misir parlamenti iyulun 17-də ölkədə yaşayan əcnəbilərə bir Misir bankında ən azı 7 milyon Cüneyh (393 min dollar) depozit açması qarşılığında vətəndaşlıq verilməsini nəzərdə tutan qanun dəyişikliyini qəbul etmişdi.