CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli təhlükəsizliyə əsas təhdidlərdən biri barədə tədbir keçirilib

“Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - Dini Esktremizm” mövzusunda seminar-müşavirə olub
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 17 avqust – Sputnik. Avqustun 17-də Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Lənkəranda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri-dini ekstremizm” mövzusunda seminar-müşavirə keçirilib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Səyavuş Heydərov, Lənkəran Şəhər İcra Hakimimiyyətinin başçısı Taleh Qaraşov, Astara, Masallı, Lerik və Yardımlı rayonlarının İcra Hakimiyyətlərinin başçılarının müavinləri, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, eyni zamanda bu qurumların adı çəkilən rayonlardakı yerli strukturlarının rəhbərləri, ziyalılar, dindarlar və gənclər iştirak ediblər.

1 / 3
Lənkəranda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri-dini ekstremizm” mövzusunda seminar-müşavirə keçirilib
2 / 3
Lənkəranda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri-dini ekstremizm” mövzusunda seminar-müşavirə keçirilib
3 / 3
Lənkəranda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri-dini ekstremizm” mövzusunda seminar-müşavirə keçirilib

Əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilən “Şəhadət” sənədli filminə baxış olub. Filmin nümayişindən sonra DQİDK-nin sədr müavini Səyavuş Heydərov çıxış edərək Azərbaycan dövlətinin din siyasətinin əsas prioritet istiqamətlərindən danışaraq bildirib ki, dövlətin başlıca vəzifəsi vətəndaşlarımızın dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsi, həmçinin respublikamızda milli dini kadrların hazırlanmasıdır. Sədr müavinini sözlərinə görə, dünyada, o cümlədən Yaxın Şərqdə gedən münaqişələrə rəğmən ölkəmizdə ictimai-siyasi vədini durum sabitdir. Tədbirdə eləcə də  Baş Prokurorluğun nümayəndəsi Namiq Muradov, Daxili İşlər Nazirliyinin şöbə rəisi Oqtay Tağıyev dini radikalizm və ekstremizmə qarşı həyata keçirilən profilaktik və inzibati tədbirlər, eləcə də son dövrlərdə bu sahə üzrə qanunvericilikdə edilmiş dəyişikliklər barədə məlumat veriblər. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək bildirib ki, Azərbaycanda, o cümlədən Lənkəranda milli mənsubiyyətdən asılı olmayaraq hər bir inanclı insasnın dini etiqad azadlığının yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Seminar-müşavirə mövzu ətrafından fikir mübadiləsi ilə davam edib.