CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qurban kəsiləcək yerlər və qiymətlər açıqlandı

Standartlara uyğun mövcud kəsim məntəqələrindən başqa, Bakı şəhəri üzrə yerli icra orqanları tərəfindən təşkil olunmuş 35 müvəqqəti kəsim məntəsi fəaliyyət göstərəcək
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 17 avqust — Sputnik.  Qurban bayramında əhalinin rahat və sanitar-gigiyenik normalara uyğun şəraitdə heyvan kəsimini həyata keçirməsi və qurbanlıq ət almalarını təmin etmək üçün standartlara cavab verən mövcud heyvan kəsimi məntəqələri ilə yanaşı yerli İcra Hakimiyyətləri tərəfindən təşkil olunan müvəqqəti kəsim məntəqələri də fəaliyyət göstərəcək.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinin rəhbəri Mansur Piriyev açıqlama verib. Onun sözlərinə görə, Bakı şəhəri üzrə Qurban bayramı üçün 35 müvəqqəti kəsim məntəqəsi müəyyən edilib.

"Qida Təhlükəsizliyi Agentliyi kəsim yeri bağlayıb, açmır. Bunu icra hakimiyyətləri edir. Qida Təhlükəsizliyi Agentliyi bu sahədə nəzarət işlərini həyata keçirir" — deyə o bildirib. 

Qurban bayramı münasibətilə təqaüdçülərə müjdə

Piriyev, həmçinin qeyd edib ki, bayram günlərində heyvan kəsimi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər əvvəlcədən yerli icra hakimiyyət orqanlarına müraciət edə bilərlər: "Bütün məsələlər yerli icra orqanları tərəfindən icra edilir. Qida Təhlükəsizliyi Agentliyi, sadəcə bu işin təşkilinə nəzarət edir və bir də metodiki tövsiyələr verir".

AQTA-nın ancaq qidaların təhlükəsizliyinə nəzarət edəcəyini qeyd edən mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, qiymətə nəzarət də onların səlahiyyətlərinə daxil deyil. Bu, müvafiq qurumlar tərəfindən tənzimlənəcək.

Qurumun sözçüsü bildirib ki, kəsim məntəqələrində qurbanlar tam dini qaydalara riayət edilərək kəsiləcək: "Digər illərdən fərqli olaraq, bu il bəzi məntəqələrdə qurbanlıq heyvanların kəsilməsi pulsuz həyata keçiriləcək. Yəni icra hakimiyyətləri tərəfindən məntəqələrdə bütün şərait — su, kanalizasiya sistemi və s. pulsuz olacaq. Ancaq hansısa sahibkar özü qurbanını pulla kəsəcəksə və ya hansısa qəssab öz xidmətini pul ilə göstərəcəksə, bu artıq sahibkarların öz verdiyi qərardır".

Piriyev, həmçinin qeyd edib ki, ayrılmış məntəqələrdə bütün sahibkarlar öz heyvanlarını gətirib sata bilərlər: "Buna görə sahibkarlardan heç bir məbləğ tələb edilməyəcək. Ərazilərdə qurbanların kəsilməsi üçün bütün şəraitlər yaradılacaq". 

Yüzdən artıq uşağı qurban etdilər: Səbəb...

Qeyd edək ki, kəsim məntəqələrində iri və xırdabuynuzlu heyvanlar satılacaq. Heyvanlar xüsusi yoxlamalardan keçirildikdən sonra satışa buraxılacaq. Əhali kəsim məntəqələrinə gələrək, istədiyi heyvanı alaraq kəsdirib apara biləcək.

AQTA əhaliyə qurbanlarını açıq məkanlarda deyil, bu proses üçün ayrılmış xüsusi məkanlarda kəsdirib aparmağı tövsiyə edir.

Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin sözlərinə görə isə, kəsim məntəqələrində qiymətlər bazar qiymətlərinə uyğun olaraq tənzimlənəcək.

Xatırladaq ki, artıq Bakı şəhərinin bir sıra rayonlarında, yerli İcra Hakimiyyətləri tərəfindən Qurban bayramında vətəndaşlara xidmət göstərəcək kəsim məntəqələrinin inşasına başlanılıb.

Standartlara uyğun mövcud kəsim məntəqələrindən başqa, Bakı şəhəri üzrə yerli icra orqanları tərəfindən təşkil olunmuş 35 müvəqqəti kəsim məntəsi fəaliyyət göstərəcək. Hazırda onların bir çoxu barədə məlumatlar yerlərdə əhaliyə çatdırılır. Ümumi siyahı isə bayramdan 3 gün əvvəl açıqlanacaq.