TƏHLİL

Ekspert: “İnsanların sosial şəbəkədən istifadə aclığı bitib”

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, insanlar sosial şəbəkələrdən daha rasional şəkildə istifadə etməyə başladığına görə, sosial mediadan istifadə müddəti azalıb
Sputnik

Azər Həsrət: “Bir müddət sonra sosial şəbəkələr az istifadə olunacaq”
Dünyanın aparıcı sosial şəbəkələri olan “Facebook”, “Twitter” və “Snapchat”ın istifadəçilərinin sayı bu ilin II rübündə azalıb. Bu barədə şirkətlərin rüblük hesabatlarında bildirilib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, ilk dövrlər sosial şəbəkə bazarında ciddi rəqabət olmadığı üçün cəlbedici idi: 

“Bir müddət sonra alternativ sosial şəbəkələrin yaranması onların bəzilərinin istifadəçi sayını azaltdı. Artıq insanların sosial şəbəkədən istifadə aclığı bitib. Ona görə də, sosial mediadan əvvəlki qədər istifadə asılılığı müşahidə edilmir. İnsanlar sosial şəbəkələrdən daha rasional şəkildə istifadə etməyə başladığına görə, sosial mediadan istifadə müddəti azalıb. Bundan sonra sosial media yerini hələ icad edilməmiş texnologiyalara verəcək. Bir müddət sonra sosial şəbəkələr televizor kimi az istifadə olunan bir şeyə çevriləcək”.

Qeyd edək ki, bu il ərzində “Facebook”un auditoriyasının 3, 275 mln.,“Twitter”in istifadəçilərinin sayı 1 mln.,  “Snapchat” isə istifadəçilərinin sayı 3 mln. nəfər azalıb.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz