SƏHİYYƏ

Hıçqırıq deyib keçməyin, ağır fəsadı ola bilər

Xəsətlərin 91 faiz 50 yaşından böyük kişilərdir
Sputnik

BAKI, 17 avqust — Sputnik. Hıçqırıq uzun müddət davam etdiyi təqdirdə çox bezdirici olur. Bəs onu aradan qaldırmaq üçün nə etmək lazımdır? Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, hıçqırıq bir ay da davam edə bilər. Ancaq Ayova şəhər sakini 69 il 9 ay hıçqırıb.

İki gündən çox davam edən hıçqırırq insanın özünü əsəbləşdirir, həyat tərzinə, yeməyinə, yuxusuna, münasibətlərinə təsir edir. Bununla yanaşı uzun müddətli hıçqırıq hansısa tibbi vəziyyətin əlaməti də ola bilər.

Məlumata görə, təkcə ABŞ-da hər il min nəfər davamlı hıçqırıqla xəstəxanaya yatırılır. Xəsətlərin 91 faizi 50 yaşından böyük kişilərdir. 

Toyuq bulyonunun bilmədiyiniz faydaları

Hıçqırığa narahatlıq, stress, alkoqol, siqaret, qazlı içkilər, çox miqdarda yemək, tənəffüs və həzm sistemini qıcıqlandıran digər vasitələr səbəb ola bilər.

Ancaq hıçqırığa heç də hər zaman sadalananlar səbəb olmur. Məsələn bir xəstə ağciyərlərində qan laxtalandığına görə hıçqırırımış. Bəzi dərman preparatları da hıçqırığa səbəb ola bilər.

Hıçqırığın xüsusi müalicəsi yoxdur. Buna görə də həkimlər öz təcrübələrindən istifadə edirlər. Bəziləri xəstələr dərman müalicəsi, bəziləri isə hipnoz və akupunktur məsləhət görür.