Ermənistanda yüksək rütbəli məmurlar həbs olundu

Sabiq nazir müavini Hamlet Akopyan və FHN Aparatının sabiq rəhbəri Qaqik Ayrapetyan həbs edilib
Sputnik

BAKI, 17 avqust — Sputnik. Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) sabiq yüksək vəzifəli məmurları həbs edilib. Sputnik Ermənistan "Jovohurd" nəşrinə istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanesyan bildirib.

O qeyd edib ki, sabiq nazir müavini Hamlet Akopyan və FHN Aparatının sabiq rəhbəri Qaqik Ayrapetyan həbs edilib. Onlar büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunur.