BAKI, 17 avqust — Sputnik. Türkiyənin Ədirnə şəhərində sərhəd keşikçiləri 8 ay ərzində 13900 nəfər qeyri-qanuni miqrant saxlayıb. Sputnik Azərbaycan bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Məlumatda qeyd olunur ki, Yunanıstan sərhədindəki Meriç çayının səviyyəsinin yay aylarında düşməsi qeyri-qanuni miqrantlar üçün çayı keçərək ölkəni tərk etmək fürsəti yaradıb. Sərhədi qeyri-qanuni şəkildə keçmək istəyən miqrantlar arasında azərbaycanlılar da var.
Qeyri-qanuni miqrantlar, əsasən, Əfqanıstan, Pakistan, Fələstin, Somali, Qana, Mərakeş, Əlcəzair, Vyetnam, Nepal, Şri-Lanka, Səudiyyə Ərəbistanı, Gürcüstan, Azərbaycan, Sudan, Tibet, Liva və Myanmadandırlar. Onlar saxlanıldıqdan sonra Ərazi Miqrasiya İdarəsinə gətiriliblər.