Ekspert bildirib ki, hazırda əsas problemlər ticaət tərəfdaşlarımız olan Rusiya, Türkiyə və İrandan qaynaqlanır: “Bu ölkələrin valyutalarının ucuzlaşması onların istehsal etdiyi mal və xidmətlərin dəyərini aşağı salır. Bu isə Azərbaycanda ilin əvvəlində başlayan idxalın artım sürətini daha da artırır. Həmçinin Azərbaycandan Türkiyəyə turizm məqsədiylə axan valyutanın həcmi artacaqdır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycandan bu ölkələrin qara bazarlarına valyuta axa bilər. Bu isə Azərbaycanda valyutaya olan tələbatı artırmaqla milli valyutaya təzyiq gücləndirə bilər. Digər məsələ isə ondan ibarətdir ki, Azərbaycan yerli istehsalı müdafiə etmək üçün addımlar atacaq. Hökümət möhkəm məzənnə siyasətini dəyişmə məcburiyyətində qala bilər. Bu da nəticədə yeni bir məzənnə ucuzlaşmasına gətirib çıxaracaq”.
Qeyd edək ki, son günlər ABŞ və Türkiyə arasında yaşanan gərginlik lirənin məzənnəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb olub.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz