Türkiyəyə daha bir dəstək gəldi, İslam dünyasına çağırış edildi

İslam dünyasının dollara qarşı ticari əməliyyatlarda öz valyutalarını istifadə etmələrinin lazım olduğu vurğulanıb
Sputnik

BAKI, 15 avqust — Sputnik. İndoneziya Üləma Məclisi (MUI) ABŞ-ın iqtisadi hücumlarına qarşı Türkiyənin yanında olduğunu açıqlayıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, MUI-nin xarici əlaqələr üzrə məsul şəxsi Muhyiddin Junaidi ABŞ-ın iqtisadi hücumları tənqid edib. Junaidi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a qarşı mövqeyini də dəstəklədiklərini söyləyib.

ABŞ-ın müsəlman ölkələri hədəf aldığını və Türkiyənin regiondakı gücünü zəiflətməyə çalışdığını dilə gətirən Junaidi, İslam dünyasının da dollara qarşı ticari əməliyyatlarda öz valyutalarını istifadə etmələrinin lazım olduğunu vurğulayıb.

Türkiyə iqtisadiyyatının yaxşı olduğuna diqqət çəkən Junaidi Türkiyənin ABŞ-ın bu hücumlarının öhdəsindən gələcəyinə inandıqlarını qeyd edib.

Junaidi Türkiyə üçün dua etdiklərini də əlavə edib.