Ankara tarixi qərar verdi, Afina razılıq etdi

Onlar Türkiyədən Salonikiyə Yunanıstanın baş nazirinin şəxsi təyyarəsi ilə aparılıblar
Sputnik

BAKI, 15 avqust — Sputnik. Yunanıstanın milli müdafiə naziri Panos Kammenos Türkiyə həbsxanasından iki yunan hərbçinin azad olunmasından sonra öz türk həmkarı Hulusi Akarı Yunanıstana səfərə dəvət edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Ötən gün axşam saatlarında Türkiyənin Ədirnə məhkəməsi martın 1-də patrul zamanı yanlışlıqla Türkiyə ərazisinə daxil olan yunan hərbçilərinin azad olunması haqqında qərar verib. Hərbçilərin özləri hava şəraitinin əlverişsiz olması səbəbindən Türkiyə ərazisinə keçdiklərini bildiriblər. Onlar qeyd ediblər ki, casus deyillər və sərhədi bilərəkdən keçməyiblər.

Yunanıstan-Rusiya gərginliyi yeni mərhələyə keçir

Adətən bu cür insidentlər danışıqlar yolu ilə həll edilir. Lakin bu dəfə Türkiyə hərbçiləri 5,5 ay həbsdə saxlayıb. Bu isə rəsmi Afina və Ankara arasında münasibətlərin kəskinləşməsi ilə nəticələnib.

Rəsmi Afina hərbçilərin azad olunmasını alqışlayıb və bunun iki ölkə arasında əlaqələri yaxşılaşdırmağa imkan verəcəyini bildirib.

Yunanıstanın milli müdafiə nazir Panos Kammenos türkiyəli həmkarı Hülusi Akara zəng edərək qərardan razılığını ifadə edib və həmkarını Yunanıstana səfərə dəvət edib.

Daha sonra Kammenos hərbçiləri Saloniki hava limanında qarşılayıb. Onları Türkiyədən Salonikiyə Yunanıstanın baş nazirinin şəxsi təyyarəsi aparıb.