Çayda faciə baş verdi, şagirdlər batdı

Ölkə rəhbərliyi şiddətli yağış səbəbindən bu gündən məktəblərdə tətil elan edib
Sputnik

BAKI, 15 avqust — Sputnik. Nil çayında şagirdləri daşıyan gəminin batması nəticəsində 22-si şagird olmaqla, 23 nəfər dünyasını dəyişib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, əl-Buheyra bölgəsində aramsız yağışlar səbəbilə 40 şagirdin olduğu gəmi batıb. Məlumata görə, gəminin batmasına mühərrikində yaranan problem səbəb olub. Hazırda çayda xilasetmə işləri davam edir.

Xatırladaq ki, Sudanda şiddətli yağışlar iyunun 22-dən davam edir. Ölkə rəhbərliyi şiddətli yağış səbəbindən bu gündən məktəblərdə tətil elan edib.