BAKI, 15 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inla təkbətək görüşə hazır olduğunu bildirib.
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, Vladimir Putin bunu Koreya yarımadasının azad olunması ilə bağlı göndərdiyi teleqramında qeyd edib. Vladimir Putin Şimali Koreyanın Milli Müstəqillik günü münasibəti ilə Kim Çen Ina səmimi təbriklərini çatdırıb.
Rusiya prezidenti təbrik mesajında, eyni zamanda ölkələr arasında münasibətlərin "dost və konstruktiv xarakter" daşıdığını bildirib.