SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ruhanidən Xəzər razılaşması ilə bağlı ilginc sözlər: “Fikir ayrılıqları var”

Xəzərin cənubunda İran, Azərbaycan və Türkmənistan arasında fikir ayrılıqları var
Sputnik

BAKI, 15 avqust — Sputnik. “Xəzərin statusuna dair hüquqi konvensiyanın üzərində 22 il davam edən işdən sonra 30% problem həll olunub, lakin digər məsələlər qalıb”. Sputnik Azərbaycan "İRNA" agentliyinə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bildirib.

"Rusiya əvvəllər hesab edirdi ki, Xəzər dənizinin böyük hissəsi ona məxsusdur, lakin bu gün ona cəmi 17% məxsusdur" – Ruhani vurğulayıb.

O, əlavə edib ki, Xəzərin cənubunda İran, Azərbaycan və Türkmənistan arasında fikir ayrılıqları var.

Hərbi baza və "tranzit mərkəzi" - Xəzər qadağası, yoxsa "söz oyunu"?

Ruhani qeyd edib ki, İran və Azərbaycan səmərəli razılaşmalara imza atıb, lakin hələlik həll olunmayan məsələlər var.

İran prezidentinin sözlərinə görə, Xəzər dənizində təhlükəsizlik məsələsi Qazaxıstanda keçirilən Xəzəryanı ölkələrin sammitində həll olunub: "NATO və ABŞ gücləri Xəzər sularında mövcud olmaq istəyirdilər".

Ruhani əlavə edib ki, sammitdə istənilən hərbi bazanın tikintisi və xarici ölkələrə məxsus gəmilərin üzməsi qadağan olunub.