BAKI, 14 avqust — Sputnik. Yaponiyada anomal istilər davam edir. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, ötən həftə 6 nəfər istidən ölüb və 7 min insan xəstəxanaya yatırılıb.
Məlumata görə, istilərədn daha çox yaşlı insanlar əziyyət çəkir. Onlar çox zaman küçədə nə qədər zaman keçirdiklərinin fərqinə varmır və evdə qənaət xatirinə kondinsionerdən istifadə etmirlər. Əsasən kömək üçün Tokio və Osaka vətəndaşları müraciət edir.
Bu ərazilərdə artıq 6 aydır ki, havanın tempraturu 40 C-dən aşağı düşmür. Hazırda istilik 30 C-yə düşüb.
Hökumət insanlara küçədə günəş altında çox qalmamağı, baş örtüyü istifadə etməyi və çox su içməyi məsləhət görür.
Qeyd edək ki, bütün yay ərzində Yaponiyada 140 nəfər istidən ölüb və 80 min insan xəstəxanaya müraciət edib.