BAKI, 14 avqust — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin bu ilin payızında Bakıda görüşəcəyi barədə məlumat verib.
Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sputnik Azərbaycan-a bildirib.
Onun sözlərinə görə, Aktauda keçirilən V Xəzər zirvə toplantısında dövlət başçıları tərəfindən qəbul edilən kommunikeyə uyğun olaraq Xarici İşlər Nazirliklərinin himayəsi altında Xəzər dənizi üzrə xarici işlər nazirlərinin müavinləri və ya Xəzər dənizi ölkələrinin səlahiyyətli nümayəndələrinin iclası bu ilin payızında Azərbaycanda keçiriləcək.