İQTİSADİYYAT

Ekspert lirəsi olanlara xəbərdarlıq etdi

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, ABŞ-ın sanksiyaları da türk lirəsinə psixoloji təsir edir və birjalarda enişlər müşahidə olunur
Sputnik

Vüqar Bayramov: “ABŞ-ın sanksiyaları da türk lirəsinə psixoloji təsir edir”
“Türk lirəsinin ucuzlaşması gözlənilən idi”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspert bildirib ki, əvvəlcə Türkiyənin Almaniya və Niderlandla münasibətlərinin kəskinləşməsi, daha sonra isə ABŞ-la yaşanan gərginliklər lirəyə təzyiqi artırdı: 

“Son illər Türkiyədən kapital axını müşahidə olunur. Bu da valyutaya olan tələbəatın ödənilməsinə çətinlik yaradır. Həmçinin ABŞ-ın sanksiyaları da türk lirəsinə psixoloji təsir edir və birjalarda enişlər müşahidə olunur. Əgər Türkiyə amerikalı keşişin azad edilməsi ilə bağlı ABŞ-ın təkliflərini qəbul etməsə, lirənin ucuzlaşması davam edəcək. Lirənin məzənnəsi Vaşinqton və Ankara arasında hansı səviyyədə anlaşmanın əldə olunmasından asılı olacaq”.

Qeyd edək ki, ABŞ-ın Türkiyənin iki nazirinə sanksiya tətbiq etməsindən sonra türk lirəsi sürətlə ucuzlaşır.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz