Britaniya paytaxtında terrora oxşar hadisə baş verdi

Hadisə zamanı bir neçə nəfər xəsarət alıb
Sputnik

BAKI, 14 avqust — Sputnik. Londonda minik avtomobili Böyük Britaniya parlamentinin binasının məhəccərlərinə çırpılıb. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, sürücü saxlanılıb.

Hadisə zamanı bir neçə nəfər xəsarət alıb. Polis hadisənin baş vermə səbəblərini araşdırır.

​Qeyd edək ki, Vestminster rayonu tam şəkildə qorunur. Heç kim il yarım əvvəl 2017-ci ilin mart ayında Xalid Masud tərəfindən törədilən qəzanı unutmur. O qəsdən Vestminster körpüsü üzərindən avtomobili idarə edərək səkiyə çıxmış piyadaları vurduqdan sonra parlament binasına tərəf gedib, orada polisi bıçaqlamışdı. Hadisədən sonra polis əməkdşaı dünyasını dəyişmişdi.

Nəticədə Xalid Masud hüquq mühafizəçisi tərəfindən öldürülmüşdü. Son məlumata görə, terror hadisəsi zamanı 4 nəfər ölmüş və 10 ölkədən olan 50 nəfər xəsarət almışdı.