BAKI, 14 avqust — Sputnik. İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün uçması nəticəsində ölənlərin sayı 22-yə çatıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın nəqliyyat və infrastruktur naziri Eduardo Riksi bildirib.
"Bu əsl fəlakət, əsl faciədir", — deyə o "Rainews24" telekanalının efirində bildirib.
O, əlavə edib ki, insident nəticəsində 8 nəfər yaralanıb.
Qeyd edək ki, körpünün uçması nəticəsində onlarla insan dağıntıların altında qalıb. Hadisə yerinə xilasedicilər və kinoloqlar gəlib. Xilasetmə işlərində ümumilikdə 40 nəfər olub.
İtaliyanın baş naziri Cuzeppe Konte məsələni öz nəzarəti altına götürüb və daima insident barədə məlumat alır.