CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda gözlənilən dəyişiklik: Faciələrə son qoyulacaq

Bakı küçələrində süpürgəçilərin əvəzinə xüsusi texnika işləyəcək
Sputnik

BAKI, 14 avqust — Sputnik. "Prezident İlham Əliyevin göstərişi ilə meriya tərəfindən xüsusi proqram hazırlanır və onun icrasından sonra yollarda zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq. Bu proqramın hazırlanmasına avropalı aparıcı ekspertlər cəlb olunub və onlar yaxın günlərdə öz təkliflərini təqdim edəcəklər". Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda deyilir: "Son vaxtlarda sosial şəbəkələrdə və ölkə KİV-lərində Bakı küçələrində süpürgəçi qadınların ölüm və yaralanma hallarının müzakirəsi aparılır və küçələrdən zibil təmizləmək üçün avtomobil yollarına yaşlı qadınları yollayan kommunal xidmətlər tənqid edilir. KİV-lər tərəfindən verilən məlumata görə yolları təmizləyən süpürgəçi qadınlar arasında həlak olan və xəsarət alanlar vardır. Sonuncu belə hal avqustun 12-də baş verib". 

Küçə süpürən qolu sarıqlı qadınla bağlı məlumat yayıldı

Məlumata görə, bununla əlaqədar vəziyyətin köklü surətdə dəyişməsi istiqamətində işlər həyata keçirilir. Paytaxt rəhbərliyi küçələrdə təmizlik işləri ilə məşqul olan süpürgəçilərin əl əməyi məsələsinə xüsusi diqqət ayırıb.

"Əlbəttə, iş prossesində insan amili qalacaq, lakin minimuma endiriləcək. Öz vəzifə öhdəliklərini yerinə yetirən zaman kommunal xidmət əməkdaşlarının ölümü faciədir və qəbuledilməzdir" — deyə BŞİH-dən bildirlib.

Yeni texnika

Bundan əlavə, sürücülər tərəfindən sürət həddinin aşılması da məlumatda qeyd olunur. Körpülərdə, bəzi küçələrdə müəyyən edilmiş saatda 40-60 kilometr sürət əvəzinə avtomobil sürücüləri 80-100 km/saat sürətlə hərəkət edirlər. Bu kompleks problemdir, ölkə və şəhər rəhbərliyi artıq onun həlli üzərində çalışır.