BAKI, 14 avqust — Sputnik. Belarus prezidenti Aleksandr Lukaşenko sənaye naziri Vitaliy Vovka və Arxitektura və tikinti naziri Anatli Çernovun istefaya göndərilməsi barədə qərar verib. Bu barədə Sputnik Azərbaycan "Gazeta.ru"ya istinadən xəbər verir.
Məlumata əsasən bu barədə qərarı Lukaşenko Orşansk rayonunun kompleks inkişafına dair iclasda verib.
Lukaşenko, həmçinin Dövlət Hərbi Sənaye Komitəsinin sədri və Təhlükəsizlik Şurasının dövlət katibinin xidmətindən narazı olduğunu bildirib.