Azərbaycanlı biznesmenin avtomobili partladı, ailəsi məhv oldu

Nəticədə azərbaycanlı iş adamı, bir övladı və həyat yoldaşı yanaraq ölüb
Sputnik

BAKI, 13 avqust — Sputnik. Ukraynanın Luqansk vilayətinin Slavyanoserbski rayonu ərazisində azərbaycanlı iş adamı ailəsi ilə birlikdə faciəvi şəkildə ölüb.

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, əslən Azərbaycanın Xaçmaz rayonundan olan 1971-ci il təvəllüdlü Sübahir Qulu oğlu Həsənov şəxsi avtomobilində ailəsi ilə birgə yaşadığı rayon istiqamətində hərəkət edərkən qəflətən avtomobili partlayıb.

Partlayış səsinə yaxınlıqdakı insanlar köməyə gəlsələr də, avtomobildəkiləri yanğından xilas etmək mümkün olmayıb. Nəticədə azərbaycanlı iş adamı, bir övladı və həyat yoldaşı yanaraq ölüb.

S.Həsənov Luqanskda kənd təsərrüfatı biznesi ilə məşğul olub.