Trampdan Türkiyəyə daha bir ağır sanksiya gəlir: Lirə duruş gətirəcəkmi?

ABŞ prezidenti Donald Tramp bu gün Türkiyəyə qarşı hərbi sanksiyalara başlayır
Sputnik

BAKI, 13 avqust — Sputnik. ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı hərbi sanksiyalara başlayır.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Donald Tramp keçiriləcək mərasimdə 2019-ci il üçün 716 milyard dollarlıq müdafiə büdcəsini təsdiq edəcək. Bu imza ilə yanaşı, Rusiyadan S-400 raketləri alınmasına görə Türkiyəyə qarşı müvəqqəti hərbi sanksiya da faktiki olaraq qüvvəyə minəcək.

Qeyd edək ki, ABŞ Senatında "F-35" beşinci nəsil qırıcı təyyarələrin Türkiyəyə tədarükünün qadağan edilməsi təsdiq olunub. Bu qərar ABŞ Senatının Baş Assambleyasında təsdiqlənib. ABŞ prezidenti Donald Tramp sənədi imzalayarsa, Türkiyəyə qarşı "F-35" sanksiyası da qüvvəyə minəcək. Məlumata görə, Trampın "F-35" məsələsində Türkiyəyə güzəştə gedəcəyi ehtimalı çox azdır.