HADİSƏ

Mənzildən külli miqdarda qızıl-zinət əşyası aparıldı

Faktla bağlı Neftçala rayon Polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır
Sputnik

BAKI, 13 avqust — Sputnik. Neftçala rayonunda 20 min manatlıq qızı-zinət əşyaları oğurlanıb.

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, Neftçala rayonunun Xolqaraqaşlı kənd sakini Vidadi Hüseynov avqustun 12-də rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək evindən 20 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər — Neftçala rayon sakini Murad Ələkbərov və Salyan rayon sakini Nuruş Əmənov saxlanılaraq Polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər, oğurladıqları qızıl-zinət əşyaları onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala rayon Polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.