BAKI, 13 avqust — Sputnik. Bakıda 80 yaşlı qadın intihar edib. Sputnik Azərbaycan xəbər verir ki, olay yerindən çəkilən videogörüntü sosial şəbəkələrdə yayılıb.
Bildirilir ki, oğlunun ölümünə dözə bilməyən qadın özünü yaşadığı binadan ataraq intihar edib.
Hadisə Nərimanov rayonu, Həsən Əliyev küçəsi, bina 115-də baş verib.
Oxu.az-ın verdiyi məlumata görə, 80 yaşlı Minira adlı qadının intiharına səbəb oğlunun ölümünə dözməməsi olub.
Binada yaşayan sakinlərin sözlərinə görə, iyun ayında qadının 56 yaşlı oğlu Sankt-Peterburqda infarkt keçirib və vəfat edib:
"Qadının bir oğlu var idi və xaricdə yaşayırdı. Üç uşağı var idi. Qadın böyük nəvəsi ilə binanın dördüncü mərtəbəsində yaşayırdı. Oğlu infarkt keçirib rəhmətə gedəndən sonra qadın özünə qapandı və evdən çölə çıxmırdı".
80 yaşlı qadın dünən günorta saat 14:00 radələrində özünü binadan ataraq intihar edib.
Qeyd edək ki, bir qədər əvvəl intihar hadisəsini ölən oğulun atasının törətdiyi bildirilirdi.