CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

WhatsApp-dan hamını çox üzəcək xəbər gəldi

Facebook-un yaradıcı Mark Zukerberqin sözlərinə görə, bu addımın atılmasını ABŞ hakimiyyəti tələb edib
Sputnik

BAKI, 13 avqust — Sputnik. WhatsApp xüsusi təhlükəsizlik xidmətinə istifadəçi yazışmalarına giriş verəcək.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, WhatsApp daha istifadəçilərin yazışmalarında qarşılıqlı şifrələmə həyata keçirməyəcək.

Belə şəraitdə xüsusi xidmət orqanları rahatlıqla bütün yazışmalara daxil ola biləcək. Bu qərar WhatsApp-ın tam sahibi olan Facebook kompaniyasının əmri əsasında verilib.

Facebook-un yaradıcı Mark Zukerberqin sözlərinə görə, bu addımın atılmasını ABŞ hakimiyyəti tələb edib. Buna görə də, 2019-cu ildə şəbəkənin yeni – daha zəif şifrəli versiyası istifadəyə veriləcək. Bununla da xüsusi xidmət orqanları maneəsiz şəkildə bütün yazışmaları izləyə biləcək və bu formada terrorçuların və psixi pozuntusu olan şəxslərin hərəkəti barədə məlumatlı olacaq.

O, həmçinin qeyd edib ki, yaxın zamanlarda gəlir əldə etmək məqsədilə WhatsApp-da reklam xidməti yaradılacaq.