CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni avtomobil gəlir: O batdığı yerdən özü atlayaraq çıxır

Videodan da göründüyü kimi SUV atlama qabiliyyətinə malikdir.
Sputnik

BAKI, 12 avqust — Sputnik. "Mersedes-benz" yeni nəsil SUV-avtomobilləri hələ tam nümayiş etdirilməsə də, istehsalçı şirkət onun bir neçə "super xüsusiyyətlərini" elan edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, yeni GLE-lər qumda batsa belə, sıçrama yolu ilə özü müstəqil olaraq batdığı yerdən çıxa biləcək.

Ancaq hərəkət zamanı sıçraya bilməsi üçün avtomobil ilk növbədə ən qabaqcıl E-Active Body Control pnevmatik elementlər, ikinci növbədə, sürüşmə sisteminin xüsusi iş rejimi ilə təchiz edilməlidir.

Car&Driver nəşrinin yayınladığı videodan da göründüyü kimi SUV atlama qabiliyyətinə malikdir.

Bu avtomobilin pis yollar və batma təhlükəsi ilə mübarizəni asanlaşdıracağı gözlənilir.