SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevlə Həsən Ruhani Aktauda nədən danışıblar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Aktauda keçirilən Xəzəryanı ölkələrin V Zirvə toplantısından sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşüb.
Sputnik

BAKI, 12 avqust — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev bu gün Aktauda keçirilən Xəzəryanı ölkələrin V Zirvə toplantısından sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşüb. 

Görüşdə Azərbaycan-İran əlaqələrinin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Hər iki ölkənin həyata keçirdiyi birgə iqtisadi layihələrin yaxşı nəticələr verdiyi qeyd olunub.

Enerji, nəqliyyat və infrastruktur sahələrində, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi üzrə əməkdaşlığın uğurla həyata keçirildiyi bildirilib.

Prezidentlər Qazaxıstanın Aktau liman şəhərində keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının V sammitini və Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasını yüksək qiymətləndiriblər. Onlar bu sənəd sayəsində gələcəkdə Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirəcəyinə əminliklərini ifadə ediblər.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.