BAKI, 12 avqust — Sputnik. Ay tozu insan orqanizmi üçün ölümcül təhlükəlidir. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, alimlər insanın Ayda olma ehtimalını şübhə altına alacaq qərar verib. Bu Ay tozunun insan orqanizminə təsiri ilə bağlıdır.
ABŞ-ın Stouni-Bruk Universitetinin alimləri araşdırma zamanı laborator şərtlərdə Ay tozunun zərrəciklərini yaradıb və sonra onu siçanlar və hüceyrə koloniyaları üzərində sınaqdan keçiriblər.
Məlum olub ki, toz 90 faiz hüceyrələri və gəmiriciləri məhv edib.
Yerin peykinin tozunu qətiyyən ağciyərlərə çəkmək olmaz. Tədqiqatçılara görə, onun təsirindən DNK sturukturunda dəyişiklik də ola bilər.
Ay tozu Yer tozundan fərqlənir. O ölçüsününə görə çox kiçikdir və güclü kanserogen xarakterə malikdir. Ay tozu qurudur və elektrostatik yüklənməyə malikdir.
Hələ ki, mütəxəsislər süni Ay tozu üzərində təcrübə aparıblar. Ancaq onlar ehtimal edir ki, yaxın zamanlarda əsl Ay tozunu öyrənə biləcəklər.