BAKI, 12 avqust — Sputnik. Bu gün Qazaxıstanın Aktau şəhərində beş Xəzəryanı ölkənin dövlət başçılarının görüşü keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, sayca V zirvə görüşündə Azərbaycan lideri İlham Əliyev, Rusiya Federasiyasının prezidenti Vladimir Putin, İran İslam Respublikasının prezidenti Həsən Ruhani, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev və Türkmənistan lideri Qurbanqulu Berdımühəmmədov iştirak edəcək.
Görüşün yekununda Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması gözlənilir.