HADİSƏ

Qadının "iPhone"u maşında partladı — VİDEO

Xanımın həyat yoldaşı jurnalistlərə bildirib ki, hadisə nəticəsində qadın xəsarət almayıb, lakin çox qorxub
Sputnik

BAKI, 11 avqust — Sputnik. Çində batareyası dəyişdirilən "iPhone" markalı telefon sahibinin gözü qarşısında partlayıb. Bu barədə Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir.

Belə ki, qadın sükan arxasında olduğu vaxt telefon avtomobilin cihaz panelinin üzərində olub. Gözlənilmədən telefon tüstülənir, daha sonra isə yanır.

Xanımın həyat yoldaşı jurnalistlərə bildirib ki, hadisə nəticəsində qadın xəsarət almayıb, lakin çox qorxub. Partlayışın baş verməsinə səbəb keyfiyyətsiz akkumulyator olub. Smartfonun sahibi öz qurğusunu "Apple" rəsmi servis mərkəzində təmir edilməyib.