BAKI, 11 avqust — Sputnik. Böyük Britaniyanın keçmiş xarici işlər naziri Boris Conson bir müddət əvvəl niqablı qadınları poçt qutuları ilə müqayisə etmişdi. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, britaniyalı gülüş ustası Rouen Atkinson Consonun bu bənzətməsini "çox layiqli müqayisə" adlandırıb.
Bu sözlərdən sonra Consona qarşı partiya daxili proseslər başlamışdı. Atkinsonun fikrincə isə, zarafat həqiqətən gülməlidir və buna görə üzr istəməyə dəyməz.
"Mən din haqqında azad zarafatlara görə pul alan insan kimi Boris Consonun zarafatını layiqli hesab edirəm. Din haqqında bütün zarafatlarda kimisə təhqir edirlər, buna görə üzr istəməyin heç bir mənası yoxdur. Axmaq zarafatlara görə üzr istəmək lazımdır" – deyə aktyorun The Times-ə yazılan məktubunda qeyd edilib.
"Mister Bin" obrazı ilə dünyada məşhurluq qazanmış gülüş ustasının sözlərinə görə, Conson ideal müqayisə edib və buna görə də, bu müqayisə hər zaman cəmiyyətin yaddaşında qalacaq.