İrandan ABŞ-a gözlənilməz müraciət

"Trampın NATO üzrə tərəfdaşı Türkiyəyə qarşı iqtisadi çətinliklərin yaradılmasına sevinməsi utancvericidir"
Sputnik

BAKI, 11 avqust — Sputnik. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif prezident Donald Trampın Türkiyəyə qarşı son qərarından sonra ABŞ-ı sanksiyalar tətbiq etmək praktikasından imtina etməyə çağırıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın xarici işlər naziri öz rəsmi "Twitter" səhifəsində yazıb.

"Trampın NATO üzrə tərəfdaşı Türkiyəyə qarşı iqtisadi çətinliklərin yaradılmasına sevinməsi utancvericidir. ABŞ özünün sanksiyalar və təcridetmə ilə bağlı asılılığından imtina etməlidir. Əks halda bütün dünya sözdə qınamaqdan imtina edib onları buna məcbur edəcəklər. Biz əvvəllərdə öz qonşularımızı dəstəkləmişik və indi də dəstəkləyəcyik", — deyə iranlı nazir bildirib.

"Türkiyəyə gəldikdə mən polad və alüminium üçün gömrük rüsumlarının iki dəfəyə qədər artırılmasına dair qərar verdim. Onların valyutası, Türkiyə lirəsi bizim güclü dollara qarşı münasibətdə kəskin aşağı düşür! Bundan sonra alüminium üçün gömrük rüsumu 20%, polad üçün isə 50% oldu. Bizim hazırda Türkiyə ilə münasibətlərimiz heç də yaxşı deyil!". Bunu isə Donald Tramp bir gün əvvəl Twitterdə yazıb.