HADİSƏ

Göyçayda ağır qəza oldu, xəsarət alanlar var - FOTO

Yaralıların Kürdəmir sakinləri olduğu bildirilir
Sputnik

BAKI, 11 avqust — Sputnik. Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Mirzəhüseynli kəndi ərazisindən keçən hissəsində avtomobil qəzası olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, VAZ-2107 markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Göyçayın Mirzəhüseynli kəndi ərazisində avtomobil qəzası

Qəza nəticəsində sürücü və sərnişin ağır yaralanıb.

Göyçayın Mirzəhüseynli kəndi ərazisində avtomobil qəzası

Yaralıların Kürdəmir sakinləri olduğu bildirilir.