RUSİYA

Xəzər bölgəsində 15 gün davam edən mübarizənin qalibi elan olunub

Baş Qərargah rəisinin müavini: "Bu yarışlarda Azərbaycan Silahlı Qüvvələri layiqincə təmsil olundu"
Sputnik

BAKI, 10 avqust — Sputnik. Bu gün Müdafiə Nazirliyinin (MN) Təlim Tədris Mərkəzində (TTM) IV "Beynəlxalq Ordu Oyunları – 2018" çərçivəsində Bakıda təşkil edilən "Dəniz Kuboku-2018" beynəlxalq yarışlarının bağlanış mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, əvvəlcə qalib ölkələrin bayraqları səhnəyə gətirilib, sonra yarışın qalibləri elan edilib.

Son nəticəyə görə, Rusiya Federasiyasının Xəzər filotiliyasının komandası, ikinci yerə Qazaxıstan Respublikasının, üçüncü yerə isə Azərbaycan və İran Hərbi Dəniz qüvvələrinin komandaları layiq görülüb. Qalib ölkənin himni çalınıb və "Dəniz Kuboku" birinci yerin sahibi olan Rusiya Federasiyasının komandasına təqdim edilib.

Mərasimdə çıxış edən IV Beynəlxalq Ordu Oyunları çərçivəsində "Dəniz Kuboku — 2018" müsabiqəsi təşkilat komitəsinin sədri, Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov bilirib ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsü ilə keçirilən Beynəlxalq Ordu Oyunları, eləcə də "Dəniz kuboku" qoşunların peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün möhkəm zəmin yaradır.

"Bu yarışlarda Azərbaycan Silahlı Qüvvələri layiqincə təmsil olundu. Onların uğurları bizi sevindirir. Yarışların şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmışdı" — deyə N.Osmanov vurğulayıb.

O, qeyd edib ki, keçirilən yarışlar hərbi qulluqçularda həmrəylik hissi oyatmaqla bərabər, iştirakçıların yaddaşında xoş xatirə olaraq qalacaq: "Eyni zamanda, "Dəniz Kuboku" müsabiqəsi bütün iştirakçılara ölkəmizi daha yaxşı tanımaq, tarixi yerləri, abidələri görmək və xalqımızın adət-ənənələri ilə tanış olmaq imkanı yaratdı".

1 / 15
"Dəniz Kuboku-2018" beynəlxalq yarışlarının bağlanış mərasimi
2 / 15
"Dəniz Kuboku-2018" beynəlxalq yarışlarının bağlanış mərasimi
3 / 15
"Dəniz Kuboku-2018" beynəlxalq yarışlarının bağlanış mərasimi
4 / 15
"Dəniz Kuboku-2018" beynəlxalq yarışlarının bağlanış mərasimi
5 / 15
"Dəniz Kuboku-2018" beynəlxalq yarışlarının bağlanış mərasimi
6 / 15
"Dəniz Kuboku-2018" beynəlxalq yarışlarının bağlanış mərasimi
7 / 15
"Dəniz Kuboku-2018" beynəlxalq yarışlarının bağlanış mərasimi
8 / 15
"Dəniz Kuboku-2018" beynəlxalq yarışlarının bağlanış mərasimi
9 / 15
"Dəniz Kuboku-2018" beynəlxalq yarışlarının bağlanış mərasimi
10 / 15
"Dəniz Kuboku-2018" beynəlxalq yarışlarının bağlanış mərasimi
11 / 15
"Dəniz Kuboku-2018" beynəlxalq yarışlarının bağlanış mərasimi
12 / 15
"Dəniz Kuboku-2018" beynəlxalq yarışlarının bağlanış mərasimi
13 / 15
"Dəniz Kuboku-2018" beynəlxalq yarışlarının bağlanış mərasimi
14 / 15
"Dəniz Kuboku-2018" beynəlxalq yarışlarının bağlanış mərasimi
15 / 15
"Dəniz Kuboku-2018" beynəlxalq yarışlarının bağlanış mərasimi

Daha sonra Nizam Osmanov "Dəniz Kuboku — 2018" müsabiqəsini bağlı elan etdi.

Bunun ardınca mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının I müavini Sübhan Bəkirov yarışın gedişatından danışıb.

Rusiya Federasiyası hərbi-dəniz donanmasının əsas heyətinin nümayəndəsi, kapitan Dmitri Korovin çıxışında bildirib ki, yarışların keçilməsinə dəyişən hava şəraiti mane olsa da, yarış şəffaf şəkildə baş tutub: "Biz məşqlər zamanı görürdük ki, digər komandalar da uğurludur. Onların yarışlarda müəyyən səhvlərə yol verməsinin səbəbi isə, həyacanlı olmaları idi. Biz burada bir-birimizdən çox şey öyrəndik".

Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları — 2018" yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunub.

Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak ediblər. Hərbçilərimiz ölkəmizdə keçiriləcək "Dəniz kuboku" ilə yanaşı, Rusiyada "Tank biatlonu" və "Səhra mətbəxi", Qazaxıstanda "Artilleriya atəşinin ustaları" və Belarusda "Snayper həddi" müsabiqələrinə də qatılıblar.