BAKI, 10 avqust — Sputnik. Türkiyə Silahlı Qüvvələri (TSQ) 3-9 avqust tarixlərində PKK terror təşkilatına qarşı Şırnak, Siirt, Mardin və İraqın şimalında aparılan əməliyyatlar zamanı 39 terrorçu zərərsizləşdirilib. Bu barədə Sputnik Azərbaycan "Son Dakika"ya istinadən xəbər verir.
Məlumata əsasən, öldürülən şəxslərdən 24-ü ölkə daxilində, 15-i isə ölkə xaricində zərərsizləşdirilib. Öldürülən şəxslərdən 4-ü terror təşkilatının liderlərdən biridir.
Bundan əlavə, anti-terror əməliyyatları zamanı xeyli sayda silah-sursat zərərsizləşdirilib.
Ümumilikdə, son bir həftə ərzində Türkiyə hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində 1 əsgər şəhid olub, 4 nəfər yaralanıb.
TSQ, həmçinin Suriyada həyata keçirilən "Zeytun budağı" hərəkatı ilə bağlı məlumat yayılıb. Bu əməliyyat nəticəsində zərərsizləşdirilən terrorçuların sayı 4 min 561-ə çatıb.
Ümumilikdə terror təşkilatının üzvləri ilə baş tutan toqquşmalarda 54 əsgər şəhid olub, 240 əsgər yaralanıb.