RUSİYA

Rusiyada dolların qiyməti kəskin şəkildə artıb

Rusiyada dolların da, neftin də qiyməti qalxıb.
Sputnik

BAKI, 10 avqust — Sputnik. Rusiyada ABŞ dollarının məzənnəsi 2016-cı il avqustun 3-dən bəri ilk dəfə 67 rublu keçib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Məlumata görə, Moskva Banklararası Valyuta Birjasında dolların qiyməti gün ərzində 0,44 rubl və yaxud 0,66% artaraq 67,09 rubla çatıb.

Bu arada Rusiyada avro ucuzlaşıb. Belə ki, avronun məzənnəsi 0,2 rubl və yaxud 0,26% azalaraq 76,74 rubla düşüb.

Qeyd edək ki, səhər saatlarından etibarən Brent markalı neftin qiyməti bir barel üçün 0,7% artaraq 71,55 dollara çatıb.