RUSİYA

Putin "Xəzər beşliyi"nin görüşü ilə bağlı generalları məlumatlandırdı

Avqustun 12-si Qazaxıstanın Aktau limanında Xəzəryanı ölkələrin prezidentlərinin iştirakı ilə sammit keçiriləcək
Sputnik

BAKI, 10 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Xəzəryanı ölkələrinin dövlət başçılarının qarşıdan gələn sammitinə hazırlıqla bağlı məsələləri müzakirə edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"Gündəlikdə Aktauda baş tutacaq "Xəzər beşliyi" sammiti ilə bağlı məsələlər müzakirə olunub. Xəzərin hüquqi statusunun nizamlanmasına dair uzun illər həyata keçirilən işin yekunlaşdırılmasının vacibliyi vurğulanıb", — deyə Peskov qeyd edib. 

Xəzər dənizi ilə bağlı həyəcan siqnalı: "Artıq etiraf etməliyik..."

Görüşdə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Kreml Administrasiyasının rəhbəri Anton Vayno, Təhülkəsizlik Şurasının sədri Nikolay Patruşev, müdafiə naziri Sergey Şoyqu, Federal TəhlükəsizlikXidmətinin direktoru Aleksandr Bortnikov bildirib.

Qeyd edək ki, avqustun 12-si Qazaxıstanın Aktau limanında Xəzəryanı ölkələrin prezidentlərinin iştirakı ilə sammit keçiriləcək.

ötən ilin dekabrın 5-də Moskvada beş ölkənin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüşdə region ölkələri Xəzər dənizinin hüquqi statusu üzrə qalan bütün məsələlərlə bağlı razılığa gəlib. Faktiki olaraq müvafiq konvensiyanın mətni hazırdır.

Bu ilin iyulun 29-da Rusiya prezidenti Vladimir Putin ölkə hökumətinin Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması barədə təklifini qəbul edib. Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya iştirakçı ölkələr üçün sualtı boru kəmərləri çəkmək imkanı yaradır. 

Rusiyanın Xəzər donanması həyəcan siqnalı ilə qaldırıldı

"Ölkələr Xəzər dənizinin dibi ilə sualtı kabellər və boru kəmərləri çəkə bilər" — deyə Konvensiyanın 14-cü maddəsində bildirilir.

Lakin, eyni zamanda vurğulanır ki, bu cür layihələr "ölkələrin iştirakçısı olduğu beynəlxalq sazişlərdə" göstərilən ekoloji tələblər və standartlara uyğun olmalıdır. Bu mənada 2003-cü ildə imzalanan "Xəzər dənizində ətraf mühitin qorunması üçün çərçivə konvensiyası" və onun protokolları diqqətə çatdırılır.

"Sualtı kabellərin və boru kəmərlərinin çəkilməsi üzrə marşrutun müəyyənləşdirilməsi sualtı kabellərin və boru kəmərlərinin keçəcəyi sektorların sahibi olan ölkələrlə razılaşdırılmalıdır" — deyə Konvensiyada vurğulanır.