BAKI, 10 avqust — Sputnik. Prezident İlham Əliyev Milix Yevdayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə Milix İlxananoviç Yevdayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Milix Yevdayev Bakı Dağ Yəhudiləri İcmasının sədridir.