İQTİSADİYYAT

Avropa Mərkəzi Bankı lirənin ucuzlaşmasından narahatdır

Böyük Britaniyanın "Financial Times" qəzeti Avropa Mərkəzi Bankının (ECB) türk lirəsinin dollar qarşısında ucuzlaşmasından narahat olduğunu yazıb
Sputnik

BAKI, 10 avqust — Sputnik. Böyük Britaniyanın "Financial Times" qəzeti Avropa Mərkəzi Bankının (ECB) türk lirəsinin dollar qarşısında ucuzlaşmasından narahat olduğunu yazıb.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, qəzet yazıb ki, ECB, lirənin ucuzlaşmasının Avro bölgəsindəki bəzi iri banklar üzərində yaradacağı mümkün təsirlərdən narahatdır. Bu banklara əsasən "BBVA", "UniCredit" və "BNP Paribas" aiddir. Bu xəbər dərc edildikdən sonra türk lirəsi və avroda sərt itkilər yaşanıb.

Qəzet bildirib ki, ECB vəziyyəti hələ ki, kritik olaraq dəyərləndirmir. Ancaq Türkiyədə böyük əməliyyatları olan sözügedən banklar xüsusilə risklərə daha açıq olaraq qiymətləndirilir.

Qeyd edək ki, Avropanın iri bankları olan "BBVA", "UniCredit" və "BNP Paribas" Türkiyədə yerləşən özəl banklardan səhm satın alaraq bu ölkənin bank sektoruna giriblər.