Tacikistan Prezidenti Azərbaycanda rəsmi səfərdədir

Emoməli Rəhmonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov qarşılayıb
Sputnik

BAKI, 9 avqust — Sputnik. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon avqustun 9-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.