RUSİYA

Orxan Camal öldürülməmişdən jurnalistlər kimə və niyə zəng vurublar?

Yeni detallar Orxan Camal cinayətinə yenidən baxmağa məcbur edir
Sputnik

BAKI, 9 avqust — Sputnik. Mərkəzi Afrika Respublikasında həlak olmuş jurnalistlər qətldən əvvək onlara səfərdən imtina etməyi təklif edən hərbi patrulla mübahisə ediblər. Yeni faktlar MAR-dakı Rusiya səfirliyinin əməkdaşlarının yerli jandarmeriyanın rəhbərliyi və hücum zamanı sağ qalmış sürücü ilə görüşündən sonra məlum olub. Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən verdiyi məlumatına görə, bu barədə Rusiya XİN nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Əslən azərbaycanlı olan Rusiya jurnalisti Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyev MAR-da qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkirmişlər. Məlumatlara əsasən, iyulun 30-da onları blokpostda saxlayıblar və daha sonra ölüm xəbərləri gəlib. Hər üç şəxs avqustun 7-də Moskvada dəfn edilib. 

Tanınmış azərbaycanlı jurnalistin qətlinə dair rəsmi bəyanat yayıldı

52 yaşlı Orxan Camal tanınmış azərbaycanlı politoloq, ictimai xadim Heydər Camalın oğlu idi. Heydər Camal özü 2016-cı ildə vəfat edib.

"Hazırda müəyyən edilib ki, onların irəli getmək istəyi və yerli rəsmilərin buna kəskin etirazı mübahisəyə səbəb olub. Lakin bu mübahisənin nəticəsində onların irəli getməsinə icazə verilib", — Zaxarova deyib.

Onun sözlərinə görə, rusiyalıların qətlinin detalları araşdırılır. "Hazırda Rusiya yerli rabitə operatoruna sorğu hazırlayır. Sorğuda həlak olanlar tərəfindən edilmiş zənglər və göndərilən SMS-lər barədə məlumat vermək xahiş olunacaq" — XİN təmsilçisi əlavə edib.

O bildirib ki, MAR rəsmiləri də cinayətin istintaqı üçün rusiyalı müstəntiqləri qəbul etməyə hazır olduqlarını ifadə ediblər.