RUSİYA

Lavrovun kritik Türkiyə səfəri, gündəmdə Qafqazdakı durum da var

Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq.
Sputnik

BAKI, 9 avqust — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 13-14-də Türkiyəyə səfər edəcək. Sputnik Türkiyə xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Zaxarovanın sözlərinə görə, Səfər çərçivəsində Lavrov Türkiyənin xarici ölkələrdəki səfirlərin görüşündə çıxış edəcək.

Bundan əlavə, Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq.

"Danışıqlar zamanı beynəlxalq gündəmin aktual məsələləri — Suriya, Yaxın Şərq, Cənubi Qafqaz, Mərkəzi Asiya, Ukrayna və Qara dəniz regionundakı vəziyyət müzakirə ediləcək", — Zaxarova qeyd edib.