CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rayonda müəllimi güllələdilər

Ağdaş rayonunda idman müəllimi öldürülüb
Sputnik

BAKI, 9 avqust — Sputnik. Ağdaş rayonunda idman müəllimi qətlə yetirilib. Sputnik AzərbaycanReport-a istinadla xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində baş verib.

İlkin məlumata görə, Nizami adlı idman müəllimi həmkəndliləri tərəfindən tüfənglə vurulub. Hadisənin şəxsi zəmində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.