Bu ölkədə abort qadağan edildi

"Abort haqqında" Qanuna dəyişiklik edilməsi və abortun qadağan olunması cəmiyyətdə müsbət qarşılanıb
Sputnik

BAKI, 9 avqust — Sputnik. Argentinada abortun qadağan edilməsi barədə qərar qəbul edilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hamiləiyin 14 həftəsinə qədər aborta icazə verən qanun layihəsi rədd edilib. Buna parlamentin 38 deputatı səs verib.

"Abort haqqında" Qanuna dəyişiklik edilməsi və abortun qadağan olunması cəmiyyətdə müsbət qarşılanıb.

Qeyd edək ki, ananın həyatını təhülkəyə atma səbəbi istisna olmaqla, abortun qadağan edildiyi Cənubi Amerika ölkələrində hər il 500 min qanundan kənar abort həyata keçirilir.