Bir zamanlar böyük ümidlərlə açılmış obyekt indi icarəyə verilir

Hazırda bankdan gələcək cavab gözlənilir
Sputnik

BAKI, 8 avqust — Sputnik. Türkiyədə 13 hotel şəbəkəsi ilə fəaliyyət göstərən Titanic Hotel Grup borc səbəbilə bağlanan "Mardan Palace"ı icarəyə götürmək istəyir. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılov tərəfindən Antalyanın Kundu bölgəsində tikilən, ancaq borc səbəbi ilə məhkəməlik olan hotelin icarəsi üçün illik 8 milyon avro təklif edilir. Titanic Hotel Grup rəhbəri Mehmet Aygün jurnalistlərə açıqlmasında bildirib ki, hotel sahibləri ilə razılığa gəlinib. Hazırda bankdan gələcək cavab gözlənilir.

"Oranı biz də aça bilərik, başqası da, ancaq 1,4 milyard avroluq bir kapitalın bağlanmasına könlümüz razı olmaz" — deyə M. Aygün bildirib.

Son dəfə İstanbul Dolabtəpədə yeni bir hotel kirayələyən Aygün son iki ildə Türkiyə və İstanbul hotellərində siyasi böhran səbəbilə qiymətlərin ikiqat düşdüyünü bildirib. O qeyd edib ki, hotel tikdirmək 100 milyon avroya başa gəlir.