BAKI, 8 avqust — Sputnik. BMW 324 min avtomobilini geri çağırıb. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, yanğın şübhəsi ilə bağlı Cənubi Koreyada avtomobillərini geri çağıran tanınmış marka bu dəfə Avropada satılan dizel mühərrikli 324 min avtomobilini geri çağırmağa qərar verib.
Qeyd edək ki, Cənubi Koreyadan avtomobillərin geri çağırılmasına səbəb zərərli qazların təkrar emalı modulundan qaynaqlanaraq ortaya çıxan mühərrik yanğınları olmuşdu. BMW 106 min avtomobilini geri çağırdığı üçün mövzu ilə bağlı üzr də istəmişdi.
Bu dəfə isə BMW 96 min 300-ü Almaniyada olan avtomobillərin xətalı olan modullarını dəyişdirmək üçün geri çağırıb. Mövzu ilə bağlı BMW heç bir açıqlama verməyib.
Markanın geri çağırdığı modellər F10 kodlu 520d modleidir.